Maarif.az
Обращение K Читателям

Обращение K Читателям

Hörmətli həmkarlar!

İqtisadi və Siyasi Elmlər jurnalı 2015-ci ilin dekabr ayında yaradılmış və nəşr orqanı kimi qeydiyyatdan keçmişdir. Jurnalın əsas məqsədi — Azərbaycanın iqtisadi və siyasi tədqiqatlarının aparılmasında və adı gedən sahələrdəki təhsilin keyfiyyətini artırmaq üçün ali məktəblərdə, tədqiqat insitutlarında, analitik mərkəzlərdə çalışan bütün azərbaycan iqtisadçıların, beynəlxalq münasibətlər üzrə mütəxəssislərin və politoloqların səylərini səfərbər etməkdir. Jurnal iqtisadi və siyasi elmlərin müxtəlif istiqamətlərində nəzəri və empirik xarakterli məqalələrinin nəşr olunmasına niyyətlidir. Bununla yanaşı müxtəlif elm sahələrinin metodlarından (fizika, sosiologiya, psixologiya və s.) iqtisadi və siyasi tədqiqatlarda istifadə edilməsi, həmçinin dissiplinlər arası araşdırmalar bizim tərəfdən alqışlanır. Əsas diqqəti Azərbaycanın iqtisadi və siyasi həyatında gedən proseslərin təhlilinə ayırmaq nəzərdə tutulmuşdur. Biz, dünya və Azərbaycan iqtisadi və siyasi həyatında formalaşan kəskin problemlərə reaksiya verməyə cəhd göstərəcəyik. Bununla birlikdə, Azərbaycan və onun hüdudlarında kənarda elm həyatında baş verən hadisələrə dair xəbərləri və bir sıra mühüm rəyləri əks etdirməyə çalışacayıq. Redaksiyaya daxil olan məqalələr “ikiqat” rəyləndirməyə yönləndiriləcək. İşin nəşr üçün yeganə meyar onun keyfiyyətidir: orijinallığı, vacibliyi və nəticələrin əsaslılığı, şərhin aydınlığıdır. Jurnal hər rübün sonunda azərbaycan, ingilis və rus dillərində olan məqlələrdən ibarət nömrədə nəşr olunacaq. Jurnal çap və elektron (jurnalın saytında) formada dərc olunacaqdır. Sizi bizim jurnalla əməkdaşlıq etməyə dəvət edirik və çox ümüdvarıq ki, Siz bizim daimi müəllifimiz və oxucumuz olacaqsınız.

Jurnalın redaktorları:
i.f.d Laçın Abışlıi.f.d İkram Cəbrayılov